Bank Of Baku

Azərbaycanda iqtisadi artım yanvar-iyul aylarında 3,5% olub

Azərbaycanda iqtisadi artım yanvar-iyul aylarında 3,5% olub
# 13 avqust 2010 10:27 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ÜDM-in 66,7%-i məhsul istehsalı sahələrində, o cümlədən 55,5%-i sənayedə, 6,9%-i inşaat kompleksində, 4,3%-i kənd təsərrüfatında yaradılıb.

Xidmət sahələrinin əlavə dəyərdə xüsusi çəkisi 27,1%, o cümlədən nəqliyyatın 6,6%, ticarət və pullu xidmətlərin 8,1%, rabitənin 1,8%, sosial və qeyri-formal xidmətlərin payı isə 10,6% təşkil edib. ÜDM-in 6,2%-i məhsula və idxala xalis vergilərin payına düşüb.

Keçən ilin yanvar-iyul aylarına nisbətən adambaşına ÜDM istehsalı 2,3% artaraq 2 599,7 manat (3 235,5 ABŞ dolları) olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR