Bank Of Baku

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 54% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 54% artıb
# 13 avqust 2010 13:57 (UTC +04:00)
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, xarici ticarət dövriyyəsinin 10,2 mlrd. dollarını Azərbaycandan ixrac olunmuş mallar, 2,9 mlrd. dollarını ölkəyə idxal edilmiş məhsullar təşkil edib ki, nəticədə 7,3 mlrd. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac 75,9%, idxal 7,4%, müsbət saldo isə 2,4 dəfə artıb.

Hesabat dövründə idxal-ixrac əməliyyatlarının 56,4%-i Avropa, 34,7%-i Asiya, 7,4%-i Amerika, 1,4%-i Afrika qitəsi ölkələrinin, 0,1%-i isə Okeaniyanın payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR