Bank Of Baku

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb

Azərbaycanda yeni kredit ittifaqı yaradılıb
# 13 avqust 2010 14:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Econoimics. Azərbaycanda «A.F.S. Kredit İttifaqı» MMC adlı kredit ittifaqı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, «bir pəncərə» üzrə dövlət qeydiyyatından keçmiş kredit ittifaqı Masallı rayonunun Oncakələ kəndində yerləşir.

İyulun 30-da dövlət qeydiyyatına alınmış kredit ittifaqının nizamnamə kapitalı 4 008 manat, qanuni təmsilçisi Məmmədrza Məmmədovdur.

Müşahidə Şurasında 3 nəfərin iştirak etdiyi kredit ittifaqının təsisçiləri qismində 12 fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR