Bank Of Baku

«Azərikimya» İB beynəlxalq mühasibatlılıq standartlarına uyğunlaşmaq məqsədilə SAP ERP sisteminin tətbiqinə başlayıb

«Azərikimya» İB beynəlxalq mühasibatlılıq standartlarına uyğunlaşmaq məqsədilə SAP ERP sisteminin tətbiqinə başlayıb
# 13 avqust 2010 14:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) «Azərikimya» İstehsalat Birliyində mühasibat uçotunun beynəlxalq standartlara uyğunlaşdırılması məqsədi ilə biznes proseslərinin idarə olunması üçün proqram təminatı hesab edilən SAP ERP sisteminin tətbiqinə başlanacaq. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

SAP ERP sisteminin tətbiqi ilə əlaqədar Şirkət üzrə telekommunikasiya sistemlərinin yeniləşdirilməsi, müasir tələblərə cavab verən rabitə və kompüter şəbəkəsinin qurulması, müəssisələrin zəruri texniki avadanlıqlarla təchiz edilməsi ilə əlaqədar olaraq Şirkətdə müvafiq modullar üzrə nəzəri və praktiki biliklərə yiyələnmək üçün aidiyyatı sahə mütəxəssislərindən ibarət qruplar yaradılıb. Onlar uzunmüddətli tədris prosesinə cəlb edilirlər. Bu günlərdə «Azərikimya» İB-nin bir qrup mütəxəssisi uçot sistemində şəffaflıq, çeviklik və nəticənin sürətləndirilməsini təmin edən həmin sistemin səmərəli tətbiqinə nail olmaq üçün ARDNŞ-in İnformasiya Texnologiyaları və Rabitə İdarəsində təşkil olunmuş kurslarda iştirak edib. Kurslara Birliyin mərkəzləşdirilmiş mühasibatlıq, satınalmalar və təchizat, marketinq və satış, kadrlar və kadr hazırlığı, personal və əmək haqqı, maliyyə və vergilər şöbələrindən, həmçinin anbar təsərrüfatından ümumilikdə 15 mütəxəssis qatılıb.

Xüsusi kurs keçmiş əməkdaşlar «Azərikimya» İB-də müvafiq idarə formalaşdıqdan sonra SAP ERP sisteminin tətbiq üsullarını digər mütəxəssislərə də öyrədəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR