Bank Of Baku

Dubaydan Azərbaycana 50 min manat dəyərində brilyantın qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb

Dubaydan Azərbaycana 50 min manat dəyərində brilyantın qaçaqmalçılıq yolu ilə gətirilməsinin qarşısı alınıb
# 14 avqust 2010 09:15 (UTC +04:00)
Məlumatda bildirilir ki, Milli Təhlükəsizlik Nazirliyindən (MTN) daxil olmuş əməliyyat məlumatı əsasında Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Rəşad Mehrəliyev gömrük nəzarətindən keçib Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisindəki dayanacaqda avtomobilə minərkən DGK və MTN əməkdaşları tərəfindən saxlanılıb. Şəxsi yoxlama zamanı R. Mehrəliyevin hər iki ayağının pəncəsinin altına yapışdırılmış iki ədəd şəffaf sellofanda 50 771 manat dəyərində, ümumi xalis çəkisi 64, 416 qram (322,54 karat) olan brilyant qaşlar aşkar edilərək götürülüb. DGK-nın İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.1 maddəsi ilə cinayət işi başlanıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, R. Mehrəliyev brilyantı Dubay şəhərindəki ticarət mərkəzlərinin birindən alıb. Qaldığı oteldə əldə etdiyi brilyant qaşları malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə sellofan paketlərə yerləşdirib. Yapışqanla hər iki ayağının pəncə hissəsinin altına yapışdırıb. Saxlanılan şəxsin qiymətli daşları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirməsi faktı onun öz ifadəsi ilə yanaşı, ilkin araşdırma materialları, şahid ifadələri, ekspert rəyi və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR