Bank Of Baku

Azərbaycanda yeni kredit təşkilatı yaradılıb

Azərbaycanda yeni kredit təşkilatı yaradılıb
# 14 avqust 2010 13:18 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda daha bir bank olmayan kredit təşkilatı dövlət qeydiyyatına alınıb. «APA-Economics»in məlumatına görə, Vergilər Nazirliyində «bir pəncərə» sistemi üzrə dövlət qeydiyyatına alınmış «Kredit House» Bank olmayan Kredit Təşkilatı» ASC Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsi,35 hüquqi ünvanında yerləşir.

Nizamnamə kapitalı 4 min manat təşkil edən «Kredit House» ASC-nin qanuni təmsilçisi Leyla Kərimovadır.

Müşahidə Şurası 3 nəfərdən ibarət olan şirkətin təsisçiləri qismində 2 fiziki şəxs çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR