Bank Of Baku

Melli İran Bankının Bakı filialının aktivləri son bir ildə 30% artıb

Melli İran Bankının Bakı filialının aktivləri son bir ildə 30% artıb
# 16 avqust 2010 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Melli İran Bankının Bakı filialının aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 41,296 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 30% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 8,6% azalaraq 4,091 mln. manat, o cümlədən əhalinin əmanətləri 30% artaraq 4,091 mln. manat olub. Bankın kredit portfeli 47,6% artaraq 8,648 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 70% artaraq 4,369 mln. manat təşkil edib.

Bu müddət ərzində bankın məcmu kapitalı 27% artaraq 14,969 mln. manata, o cümlədən nizamnamə kapitalı 46% artaraq 14,631 mln. manata çatıb.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 23% artaraq 2,227 mln. manat, xərcləri isə 72% artaraq 2,361 mln. manat olub. Nəticədə, bank bu ilin birinci yarısını 134 min manat zərərlə başa vurub.

Bu müddət ərzində bankın müştərilərinin sayı 16,7% artaraq 9 125-ə, o cümlədən fiziki şəxslərin sayı 17,4% artaraq 8 719-a, hüquqi şəxslərin sayı isə 3,6% artaraq 406-ya çatıb. Həmçinin, bankın işçilərinin sayı 9% artaraq 25 nəfər, orta aylıq əmək haqqı 25% artaraq 1 494 manat təşkil edib.

Xatırladaq ki, Melli İran Bankının Bakı filialı 1994-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın 90 aktiv plastik kartı (o cümlədən, 80 debet, 10 kredit kartı), 3 bankomatı və 1 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR