Bank Of Baku

Azərbaycanın ticarət şəraiti indeksi bu il 5,4% yüksəlib

Azərbaycanın ticarət şəraiti indeksi bu il 5,4% yüksəlib
# 16 avqust 2010 10:04 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2010-cu ilin yanvar-iyun ayları üzrə hazırladığı «Pul siyasəti İcmalı»nda deyilir.

İcmala əsasən, hesabat dövründə ölkənin xarici mövqeyində yaxşılaşma meylləri müşahidə edilib ki, nəticədə, 2010-cu ilin yanvar-may aylarında xarici ticarət dövriyyəsi 10,6 mlrd. dollar təşkil edib və bunun 8,2 mlrd. dolları ixracın, 2,4 mlrd. dolları isə idxalın payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə idxal 6%, ixrac 78%, xarici ticarət balansının profisiti isə 2,6 dəfə artıb. İxracın həcminin artmasında neftin dünya bazar qiymətinin (orta qiymət - 78 dollar/barel) ötən ilin müvafiq dövrü (52 dollar/barel) ilə müqayisədə 49% artması mühüm rol oynayıb. Nəticədə, hesabat dövrü ərzində xarici ticarət balansında 5,8 mlrd. dollar həcmində profisit yaranıb.

Cari ildə Azərbaycanın ixracını təşkil edən məhsulların qiymətləri idxalı təşkil edən məhsulların qiymətləri ilə müqayisədə daha sürətlə artıb və nəticədə ticarət şəraiti indeksi ilin əvvəlindən 5,4% yüksəlib. Bu, o deməkdir ki, dövr ərzində daha az ixrac hesabına daha çox mal və xidmət idxal etmək imkanları mövcud olub. Qeyd edək ki, ticarət şəraiti indeksi müəyyən baza dövrünə nəzərən hesablanmış ixrac qiymətləri indeksinin idxal qiymətləri indeksinə nisbəti kimi hesablanır. Hesabat dövründə ixracdan əlavə xaricdən pul baratlarının və xarici kreditlərin dinamikası da ölkəyə valyuta daxilolmalarına artırıcı təsir göstərib. İcmala əsasən, ilkin qiymətləndirmələrə görə cari ilin I yarısında ölkəyə daxil olan pul baratlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 18% artıb.

İcmalda qeyd olunur ki, tədiyə balansının müsbət saldosu I yarımillikdə ölkənin strateji valyuta ehtiyatlarının artımını təmin edib və nəticədə, 2010-cu ilin iyulun 1-nə ölkənin strateji valyuta ehtiyatları 23,8 mlrd. dollar təşkil edib. Bu da 35 aylıq mal və xidmətlərin idxalına kifayət edir. O cümlədən, Mərkəzi Bankın valyuta ehtiyatları cari ilin 6 ayında 6% artaraq iyulun 1-nə 5,4 mlrd. dollara bərabər olub ki, bu da 8 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR