Eyni zamanda, hərraclarda bankların sifarişlərinin həcmi 622,57 mln. manat təşkil edib ki, bu da, göründüyü kimi, təklifdən 5,6 dəfə çoxdur.
Nəticədə, ilin əvvəlindən etibarən notlar üzrə orta gəlirlik 1% həcmində müəyyənləşib ki, bu da həmin qiymətli kağızlar üzrə faiz dərəcəsinin tarixi minimumudur.
AMB-nin hesablamalarına görə, dövriyyədə olan notların həcmi son 1,5 il ərzində kəskin azalıb:
* Dövrün sonuna
Qeyd edək ki, bu göstəricilər Azərbaycanda yaranmış makroiqtisadi şəraitin nəticəsidir. Belə ki, dünya maliyyə böhranı və onun nəticələri səbəbindən ölkədə pul kütləsinin sterilizasiyasının zərurəti, demək olar, itib və əksinə olaraq, AMB bank sistemi vasitəsi ilə və birbaşa və dolayı alətlərdən istifadə edərək iqtisadiyyata əlavə likvidliyin verilməsi verilməsi siyasətinə keçib. Bu vəziyyətdə notların yerləşdirilməsinin artırılması məqsədəuyğun deyil.