Bank Of Baku

Azərbaycan əhalisinin bank əmanətləri bu il 32% artıb

Azərbaycan əhalisinin bank əmanətləri bu il 32% artıb
# 16 avqust 2010 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-nə Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği keçən ilin müvafiq dövrünə nisbətən 32,4% artaraq 2 562,9 mln. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə xarici valyuta ilə vəsait qoyuluşu 17,2% artaraq 1 450,4 mln. manat, milli valyuta ilə qoyulmuş əmanətlərin məbləği isə 59,5% azalaraq 1 112,5 mln. manat olub.

Qeyd edək ki, iyul ayında milli valyutanın 1 ABŞ dollarına orta məzənnəsi 0,80 manat, 1 avroya 1,03 manat, 100 Rusiya rubluna 2,62 manat, yanvar-iyul aylarında isə müvafiq olaraq 0,80, 1,06 və 2,66 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR