Bank Of Baku

Azərbaycan İnvestisiya Şirkəti nizamnamə kapitalını artırır

Azərbaycan İnvestisiya Şirkəti nizamnamə kapitalını artırır
# 16 avqust 2010 13:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) adi adlı sənədsiz səhmlərinin əlavə emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 700 min ədəd, emissiyanın ümumi həcmi isə 70 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, AİŞ-in səhmlərinin yerləşdirilməsinə artıq bu ilin avqust ayında başlanacaq. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 77,8% artaraq 160 mln. manata çatacaq.

Qeyd edək ki, səhmləri 100% dövlətə məxsus olan AİŞ 2006-cı ilin mart ayında yaradılıb. Şirkətin investisiya fəaliyyətinin məqsədi əsasən ölkə iqtisadiyyatının qeyri-neft sahələrində fəaliyyət göstərən səhmdar cəmiyyətlərinin və digər kommersiya təşkilatlarının nizamnamə kapitalındakı iştirak payını, o cümlədən səhmlərini almaqla müddətli investisiya qoyuluşunun həyata keçirilməsindən ibarətdir. Hazırda AİŞ-in nizamnamə kapitalı 90 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR