Bank Of Baku

«AccessBank»ın Bakıda daha iki şöbəsi açılıb

«AccessBank»ın Bakıda daha iki şöbəsi açılıb
# 16 avqust 2010 13:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» QSC qeyri-kredit məhsullarından istifadəni daha da asanlaşdırmaq məqsədi ilə Bakıda iki yeni şöbəni – «Həzi Aslanov» və «Binəqədi» şöbəsini istifadəyə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, şöbələr «H.Aslanov» metro stansiyası və 8-ci mikrorayonda, «Azadlıq» metro stansiyasının yaxınlığında yerləşir. «Binəqədi» şöbəsində Azərbaycanda ilk dəfə olaraq, «AccessBank» daxilində uşaqlar üçün xüsusi guşə yaradılıb. Burada valideynlər bank əməliyyatlarını həyata keçirən zaman uşaqlar oyun oynaya və cizgi filmlərinə baxa bilərlər.

«AccessBank»ın baş meneceri Endrü Pospielovskinin sözlərinə görə, bankın müştərilərinin sayı artır və bank öz növbəsində onlara daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədilə əlverişli yerlərdə yeni filiallar açır. Azərbaycanda ilk dəfə olaraq bank daxilində uşaqlar üçün guşənin yaradılması, valideynlərə sakit şəraitdə, bankın əməkdaşları ilə məsləhətləşməyə imkan yaradacaq.

Qeyd edək ki, şöbələrdə tam çeşidli qeyri-kredit bank xidmətləri, o cümlədən cari və depozit hesabları, pulköçürmə sistemləri, eləcə də «Visa» plastik kartları təqdim olunur.

Xatırladaq ki, «AccessBank» QSC 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Bankın ölkə üzrə 23 filialı, 23 bankomatı və 48 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR