Bank Of Baku

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 5% artırıb

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 5% artırıb
# 16 avqust 2010 14:41 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azerbaijan» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 159,984 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan göstəricidən 4,8% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 19,2% azalaraq 68,109 mln. manat, o cümlədən əhalinin əmanətləri 21% azalaraq 61,384 mln. manat olub. Həmçinin, bankın kredit portfeli 7,5% artaraq 128,935 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 7% artaraq 16,124 mln. manata çatıb. Bu müddət ərzində bankın məcmu kapitalı 9% azalaraq 17,868 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, ötən bir il ərzində bankın gəlirləri 8,4% azalaraq 3,793 mln. manat, xərcləri isə 5,3% azalaraq 4,607 mln. manat olub. Nəticədə, bankın zərəri son bir ildə 12% artaraq 814 min manata çatıb.

Bu müddət ərzində bankın müştərilərinin sayı 10,5% artaraq 14 890-a, o cümlədən fiziki şəxslərin sayı 11% artaraq 12,683-ə, hüquqi şəxslərin sayı isə 7,2% artaraq 2,207-yə çatıb. Aktiv plastik kartların sayı isə 25% artaraq 5 966, o cümlədən debet kartlarının sayı 6,3% artaraq 4 115, kredit kartlarının sayı isə təxminən iki dəfə artaraq 1 851 ədəd təşkil edib.

Xatırladaq ki, səhmdarları «NEM Holding» (1%) və iki fiziki şəxs (99%) olan «Bank of Azerbaijan» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın 13 filialı, 26 bankomatı və 156 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR