Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri 8% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri 8% artıb
# 17 avqust 2010 06:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda əhalinin adambaşına gəlirləri 2009-cu ilin eyni dövrü ilə müqayisədə 8% artaraq 1 527,4 manat və ya 1 900,9 ABŞ dolları təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövrdə hər ay adambaşına orta hesabla 218,2 manat (271,6 dollar) məbləğində gəlir düşüb ki, bu da 2009-cu ildəkindən 16,2 manat və 8% çoxdur.

İlin yeddi ayı ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 13,6 mlr. manatlıq gəlirin 70,2%-i son istehlak xərclərinə, 9,5%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 18,6%-i isə kapital və əmanətlərin artırılmasına yönəldilib.

Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 12,3 mlrd. manatlıq və ya əvvəlki ildəkindən 9,9% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR