Bank Of Baku

«Moody’s» Azərbaycan bank sistemi üzrə proqnozunu yaxşılaşdırıb

«Moody’s» Azərbaycan bank sistemi üzrə proqnozunu yaxşılaşdırıb
# 17 avqust 2010 10:06 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, «Moody’s Investors Service»in müvafiq məruzəsində deyilir ki, proqnozun yaxşılaşdırılmasına dair qərar bank aktivlərinin keyfiyyəti və likvidliyində sabitləşməni, habelə gəlirliyin və kapitallaşmanın yaxşılaşdığını əks etdirir.

«Moody’s» ekspertlərinin fikrincə, Azərbaycanda müşahidə olunan sabit makroiqtisadi mühit bank sistemini də dəstəkləyir, bu da bankların iqtisadiyyata inteqrasiyasını dərinləşdirir.

«Moody’s» həmçinin nəzərə alır ki, problemli kreditlərin ümumi kreditlərdə payı 15-17%-ə çatıb və bu göstəricinin 2010-cu ilin sonuna kimi eyni səviyyədə qalacağı gözlənilir.

Lakin hesabatda qeyd olunur ki, əsas göstərici və amillər sabitləşsə də, ümumən sabitləşmə prosesi hələ nisbətən zəif gedir və bu səbəbdən, Azərbaycan üzrə bank və maliyyə dayanıqlığının ortalama reytinqi «E+» səviyyəsində saxlanılıb.

«Neftə əsaslanan Azərbaycan iqtisadiyyatı xarici sarsıntılara hələ də həssas qalır, bankların kredit risklərinin meylliliyi yüksəkdir ki, bu da banklarda kredit portfelinin zəif diversifikasiya olmasının nəticəsidir», – deyə «Moody’s»in aparıcı analitiki və hesabatın müəllifi Lev Dorf bildirib.

Əlavə olaraq qeyd edilir ki, Azərbaycan banklarında risk-menecmenti və anderraytinq standartları müxtəlif səviyyədə inkişaf edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR