Bank Of Baku

Azərbaycanda Maliyyə Monitorinq Xidmətinin səlahiyyətləri genişlənib

Azərbaycanda Maliyyə Monitorinq Xidmətinin səlahiyyətləri genişlənib
# 17 avqust 2010 11:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə (PL/TMM) sahəsində beynəlxalq standartların təkmilləşdirilməsi, mübarizənin yeni üsul və metodlarının tətbiq edilməsi çərçivəsində PL/TMM sahəsində bir sıra tədbirlər nəzərdə tutulub. Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycan prezidentinin 2010-cu il avqustun 13-də imzaladığı fərmanla PL/TMM sahəsini tənzimləyən qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edilib.

Əlavə və dəyişikliklərə əsasən, PL/TMM sahəsində nəzarət orqanları kimi müəyyən edilmiş müvafiq dövlət qurumlarına (Mərkəzi Bank, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ədliyyə Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti) İnzibati Xətalar Məcəlləsinin tətbiqinə dair PL/TMM qanunvericiliyinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti verilib.

Bundan başqa, PL/TMM qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən, Vergilər Nazirliyi hüquqi xidmət göstərən şəxslər tərəfindən PL/TMM qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarət edən dövlət orqanı kimi müəyyən edilib.

Həmçinin, Maliyyə Monitorinqi Xidmətinin vəzifə və funksiyalarına dəyişikliklər edilib. Bu dəyişikliklərlə Maliyyə Monitorinqi Xidmətinin əsasnaməsində nəzərdə tutulmuş vəzifələrin sırasına 6 yeni vəzifə əlavə edilib. Belə ki, Maliyyə Monitorinqi Xidmətinə lombardlar və daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən PL/TMM qanunvericiliyinin tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi qaydalarının qəbul edilməsi səlahiyyəti verilib, Xidmətin direktoru və direktor müavini müvafiq sahədə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısına daxil edilib və Maliyyə Monitorinqi Xidmətinə müvafiq sahədə öz səlahiyyətləri çərçivəsində normativ tənzimləməni həyata keçirmək vəzifəsi verilib, habelə Xidmətin direktoruna normativ xarakterli aktların təsdiqi, onların icrasının təşkili və nəzarətin həyata keçirilməsi funksiyası həvalə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR