Bank Of Baku

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi son bir ildə 35% artıb

Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi son bir ildə 35% artıb
# 17 avqust 2010 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycan iqtisadiyyatına 3,4 mlrd. ABŞ dolları həcmində xarici sərmayə yatırılıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkə iqtisadiyyatına yatırılan xarici investisiyanın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 34,9% artıb.

Sərmayələrin 1 486,3 mln. dolları (43,5%-i) iqtisadiyyata birbaşa investisiyalar, 1 477,3 mln. dolları (43,2%-i) isə maliyyə kreditləri şəklində daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR