Bank Of Baku

Avropa bankirlərinin maaşı 60% azalıb

Avropa bankirlərinin maaşı 60% azalıb
# 23 avqust 2010 14:02 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa banklarının top-menecerlərinin orta aylıq əmək haqqı 2009-cu ildə təxminən 60% azalıb.

APA-Economics”in “The Financial Times”a istinadən xəbərinə görə, 17 nəhəng bankın rəhbərlərinin maaş göstəriciləri belə bir mənzərəni ortaya çıxarıb.

2008-ci ildə 14 mln. dollar təşkil edən bankirlərin əmək haqları 6 mln. dollara qədər azalıb. Bununla belə, bəzi maliyyəçilərin maaşında artım qeydə alınıb.

Qeyd edək ki, sonuncu qlobal iqtisadi böhranın əsas səbəbləri sırasında bankirlərin yüksək əmək haqları da göstərilib. Bu səbəbdən bəzi ölkələr onların maaş və bonuslarına məhdudiyyətlər tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR