Bank Of Baku

«Qarant Sığorta» bazara üç yeni məhsulunu çıxarıb

«Qarant Sığorta» bazara üç yeni məhsulunu çıxarıb
# 23 avqust 2010 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qarant Sığorta» şirkəti müştərilərə üç yeni məhsulunu – «Qarant-mənzil», «Qarant-məsuliyyətli qonşu» və «Qarant-sahibkar»ı təqdim edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Qarant-mənzil» məhsulundan istifadə edərək mənzilin və ya evin istismarı zamanı yaranan su basma riskinə qarşı mənzillərini sığortalaya bilərlər. Beləliklə, «Qarant-mənzil» sığorta olunmuş binanın (mənzilin) içində və ya qonşu binalarda (mənzillərdə) yerləşən rezervuar və borulardan, o cümlədən çirkab su borularından sızma və ya onların partlaması nəticəsində su basması olarsa, meydana çıxan hər bir zərəri qarşılamağa tam təminat verir.

«Qarant-məsuliyyətli qonşu» adlı məhsul mənzildə və ya evdə su rezervuarlarının və borularının partlaması və ya onlardan sızma və daşma nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və ya əmlakına zərər dəyməsinə görə sığortalı, yaxud da onun ailə üzvlərinin mülki məsuliyyətinin yaranması zamanı sığorta təminatı üçün nəzərdə tutulub. Həmçinin, sığortalanan mənzilin və ya evin (evin həyatyanı sahəsinin) ərazisində tikinti-təmir işlərinin aparılması nəticəsində yaranan məsuliyyət üzrə təminat verilmir və heç bir ödəniş həyata keçirilmir.

«Qarant-sahibkar» məhsulu isə sığorta riski baş verərsə, yəni sığorta olunmuş binanın (sığorta predmetinin) içində və ya qonşu binalarda (mənzillərdə) yerləşən rezervuar və borulardan (o cümlədən, çirkab su borularından) sızma və ya onların partlaması nəticəsində su basması olarsa, məhz «Qarant-sahibkar» sığorta haqqını ödəməklə zərəri qarşılayacaq.

Bu məhsulların sığorta məbləği hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr üzrə cəmi 5 000 manatdır. Burada şərtsiz azadolmada hər hadisə üzrə 50 manat, sığorta haqqı isə 40 manat nəzərdə tutulur.

Xatırladaq ki, təsisçisi «ZQAN Holding» Şirkətlər Qrupu olan «Qarant Sığorta» şirkəti 2007-ci ilin noyabr ayından fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 4 mln. manat təşkil edib. Hazırda şirkət 18 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR