Bank Of Baku

«MBASK» sığorta şirkəti növbəti iri ödəniş həyata keçirib

«MBASK» sığorta şirkəti növbəti iri ödəniş həyata keçirib
# 24 avqust 2010 06:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «MBASK» sığorta şirkəti BC18H (yerqazan) avtomobilinin sığortaçısına 22,909 min manat məbləğində sığorta ödənişi həyata keçirib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin əvvəlindən şirkət müştərilərinə ümumilikdə 1,797 mln. manatdan artıq məbləğdə ödəniş həyata keçirib ki, bunun da 1,229 mln. manatdan çoxu (68%) avtonəqliyyat vasitələrinin sığortalanması üzrə polislərin ödənilməsinin payına düşür.

Qeyd edək ki, «Client Sare» xidmətinin həyata keçirilməsi çərçivəsində «MBASK» şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, «MBASK» şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması ilə yanaşı, özəl müştərilərə VİP-xidmət də göstərir.

Xatırladaq ki, «MBASK» sığorta şirkəti 1992-ci ildən fəaliyyət göstərir. Şirkətin səhmdarları sırasına bir fiziki şəxs (70%) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) daxildir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 5,730 mln. manat təşkil edir. Hazırda şirkət 29 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR