Bank Of Baku

«Nikoil Bank» nizamnamə kapitalını artırır

«Nikoil Bank» nizamnamə kapitalını artırır
# 24 avqust 2010 08:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Nikoil Bank» QSC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 0,20 manat, sayı 8 270 640 ədəd, emissiyanın ümumi həcmi isə 1 654 128 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Nikoil Bank»ın səhmlərinin yerləşdirilməsinə artıq avqust ayında başlayacağı gözlənilir. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 7,4% artaraq 24 154 128 manata çatacaq.

Qeyd edək ki, təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil Bank» 1997-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 182,059 mln. manat, depozit portfeli 56,707 mln. manat, kredit portfeli 142,695 mln. manat, məcmu kapitalı 27,517 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,500 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR