Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı banklarda risklərin idarə olunmasına xüsusi diqqət yetirəcək

Azərbaycan Mərkəzi Bankı banklarda risklərin idarə olunmasına xüsusi diqqət yetirəcək
# 24 avqust 2010 08:47 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin «Maliyyə sabitliyi» icmalında deyilir.

AMB bank sisteminin likvidlik mövqeyini kifayət qədər yüksək qiymətləndirir. Belə ki, cari öhdəliklərin təqribən 84%-i likvid aktivlərlə təmin olunub ki, bu da minimal normadan (30%) çoxdur. Sektorun kapital adekvatlığı tələb olunan normanı (12%) üstələyərək 17,2%-ə bərabərdir. Cari ildə bankların aktivləri üzrə gəlirlilik 1,2%, kapitalın gəlirliyi isə 8,8% təşkil edib.

Bütün potensial riskləri nəzərə almaqla maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə Mərkəzi Bank nəzarət və tənzimləmə çərçivəsini daha da təkmilləşdirib. Həyata keçirilmiş tədbirlər ilk növbədə bankların maliyyə dayanıqlığının daha da gücləndirilməsinə, o cümlədən kapitallaşmaya dair tələblərin artırılmasına, risklərin qiymətləndirmə və idarə olunması mexanizmlərinin təkmilləşdirilməsinə yönəldilib.

Bazel Komitəsinin bank nəzarəti üzrə yeni metodologiyasına uyğun olaraq bank kapitalının keyfiyyətinin artırılması, bank aktivlərinin artımının dayanıqlılığının təmin edilməsi məqsədilə kapital yetərliliyinin yeni əmsalı – leverec əmsalının tətbiq edilməsi barədə qərar qəbul edilib. Eyni zamanda bank sisteminin sabit və təhlükəsiz fəaliyyətinin təmin olunmasında xüsusi əhəmiyyət kəsb edən likvidlik riskinin idarə olunması ilə bağlı bankların daxili siyasət, qayda və prosedurlarına dair yeni tələblər müəyyən edilib. Banklar üzərində intensiv nəzarətin daha təkmil rejimi təşkil edilib ki, onun da əsas məqsədi risklərin adekvat qiymətləndirilməsi və bu əsasda maliyyə dayanıqlığının, o cümlədən kapital adekvatlığının düzgün diaqnostikası olub. Bankların maliyyə sağlamlığı göstəricilərinin intensiv monitorinqi həyata keçirilib, müntəzəm stress-testlər aparılaraq əldə olunan nəticələr maliyyə sabitliyinin preventiv idarə olunmasında nəzərə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR