Bank Of Baku

Azərbaycanda idman mərc oyunlarının keçirilməsi üçün ödənilən vəsaitin 4,2%-i bədən tərbiyəsi və idmanın inkişafına sərf olunacaq

Azərbaycanda idman mərc oyunlarının keçirilməsi üçün ödənilən vəsaitin 4,2%-i bədən tərbiyəsi və idmanın inkişafına sərf olunacaq
# 24 avqust 2010 10:22 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Nazirlər Kabineti idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsinin müəyyən edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən «APA-Economics»ə veri lən məlumata görə, «Bədən tərbiyəsi və idman haqqında» qanuna əlavələr edilməsi barədə 2010-cu il 31 may tarixli qanunun tətbiq edilməsi haqqında ölkə başçısının iyunun 10-da imzaladığı fərmanın 1.5-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti qərara alıb ki, idman mərc oyunlarının keçirilməsi üçün iştirakçılar tərəfindən ödənilən vəsaitlərin bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi 4,2% həcmində müəyyən edilsin.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR