Bank Of Baku

«Xalq Bank»ın yeni regional filialı açılıb

«Xalq Bank»ın yeni regional filialı açılıb
# 24 avqust 2010 11:09 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin Şabran rayonunda filialı fəaliyyətə başlayıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, filial Şabran rayonu, H.Əliyev küçəsi,115A ünvanında yerləşir. Filialda müştərilərə universal bank xidmətləri, o cümlədən plastik kartlarla iş, valyuta mübadiləsi, əmanətlərin qəbulu, müxtəlif kredit məhsulları, beynəlxalq pulköçürmə sistemləri üzrə əməliyyatlar və digər xidmətlər təqdim olunur.

Qeyd edək ki, hazırda bankın ölkə üzrə 12 filialı və iki şöbəsi fəaliyyət göstərir.

Xatırladaq ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 480,021 mln. manat, depozit portfeli 283,993 mln. manat, kredit portfeli 395,857 mln. manat, məcmu kapitalı 86,160 mln. manat, o cümlədən nizamnamə kapitalı 72,828 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR