Bank Of Baku

Azərbaycana idxal olunan malların qiymət indeksi son bir ayda ucuzlaşıb

Azərbaycana idxal olunan malların qiymət indeksi son bir ayda ucuzlaşıb
# 24 avqust 2010 12:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyun ayı ərzində Azərbaycana idxal olunan malların qiymət indeksi əvvəlki aya nisbətən 99,8%, MDB ölkələrindən idxal olunan mallar üzrə 99,7%, uzaq xaricdən idxal olunan mallar üzrə isə 99,8% təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təsnif edilmiş emal mərhələləri üzrə idxal edilmiş mallardan istehlak mallarının qiymətləri 0,7% ucuzlaşıb, investisiya malları, aralıq məhsulları və diqər mallar üzrə hec bir dəyişiklik olmayıb.

Azərbaycandan ixrac olunan malların qiymət indeksi cari ilin iyun ayında əvvəlki aya nisbətən 98,5%, o cümlədən MDB ölkələrinə ixrac olunan mallar üzrə qiymət indeksi 99,6%, uzaq xaric ölkələrinə ixrac olunan mallar üzrə qiymət indeksi isə 98,4% təşkil edib.

Emal mərhələləri üzrə ixrac olunan mallardan aralıq məhsulların qiymətləri 1,6% ucuzlaşıb, istehlak mallarının qiymətləri isə 1,1% bahalaşıb, investisiya malları üzrə heç bir dəyişiklik olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR