Bank Of Baku

«Bakı Sığorta» şirkəti avtomobil sığortası üzrə ödənişləri 12 dəfə artırıb

«Bakı Sığorta» şirkəti avtomobil sığortası üzrə ödənişləri 12 dəfə artırıb
# 24 avqust 2010 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bakı Sığorta» şirkəti 2010-cu ilin yanvar-iyun aylarında «Avtonəqliyyat vasitələrinin sığortası» növü üzrə 532,295 min manat həcmində sığorta haqqı toplayıb.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bu növ üzrə müştərilərə ödənilən sığorta ödənişlərinin həcmi 404,809 min manat təşkil edib ki, bu 2009-cu ilin birinci yarısı ilə müqayisədə 12 dəfə çoxdur.

Qeyd edək ki, təsisçisi «Bank Respublika» ASC (51%) və digər yerli hüquqi və fiziki şəxslər olan «Bakı Sığorta» şirkəti 2007-ci ilin avqustundan fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 4,377 mln. manatdır. Şirkət 20 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR