Bank Of Baku

Azərbaycanda sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti imtahanın nəticələri açıqlanıb

Azərbaycanda sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün növbəti imtahanın nəticələri açıqlanıb
# 24 avqust 2010 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər üçün keçirdiyi imtahanın nəticələrini açıqlayıb.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, imtahanda iştirak etmiş 7 nəfər rəhbər vəzifəyə namizəd olan şəxslərdən qeyd olunan qaydalara uyğun olaraq təqdim olunmuş 100 test sualının ən azı 70-nə düzgün cavab vermiş 4 iştirakçı, sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq istəyən 11 nəfər fiziki şəxslərdən isə 7 nəfəri attestasiyadan müvəffəqiyyətlə keçib.

Beləliklə imtahandan uğurla keçən Şahin Seyidzadə «Atəşgah Sığorta» şirkətinin İdarə Heyətinin üzvü, Hafiz Ağayev «Rəvan Sığorta» şirkətinin Təftiş Komissiyasının üzvü, Əliqismət Əhmədov «A-Group» sığorta şirkətinin Təftiş Komissiyasının sədri və Nigar Bayramova «Paşa Sığorta» şirkətinin baş mühasibin vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunublar.

Qeyd edək imtahanlar «Sığorta fəaliyyəti haqqında» qanununun müvafiq maddəsinə və Maliyyə Nazirliyinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər üçün attestasiyanın təşkili və keçirilməsi» qaydalarına uyğun olaraq keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR