Bank Of Baku

«Kövsər Bank» bu il «Visa» kartlarının emissiyasına başlayacaq

«Kövsər Bank» bu il «Visa» kartlarının emissiyasına başlayacaq
# 25 avqust 2010 08:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Kövsər Bank» ASC bu ilin noyabr ayından başlayaraq «Visa İnternational» beynəlxalq plastik kartlarının emissiyasına başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın Plastik kartlar Departamentinin direktoru Şəhriyar Paşalı bildirib.

Ş.Paşalının sözlərinə görə, «AzeriCard» Prosessinq Mərkəzi tərəfindən emissiya ediləcək kartların ilk sifarişi 100 ədəd təşkil edəcək və bu kartların hamısı debet xarakterli olacaq.

Ş.Paşalı bildirib ki, cari ilin sonuna kimi bank ancaq debet kartları buraxacaq. Bu kartlar hissə-hissə bankın lokal kartlarını əvəzləyəcək. Növbəti ildən isə bank kredit kartlarının emissiyasına başlayacaq. Növbəti il kredit kartlarının hansı sayda buraxılacağı məlum deyil.

Qeyd edək ki, hazırda bankın 500 dən çox lokal kartı mövcuddur. Bunlardan yalnız 25-i «Kövsər Bank»ın işçilərinin əmək haqqı kartlarıdır.

«Kövsər Bank» ASC 1989-cu ildə «Universal Bank» kimi yaradılıb. Bank 2003-cü ildən İslam Bankları Assosiasiyasının (İBA), o cümlədən İslam Bankları və Maliyyə İnstitutları Audit və Mühasibat Təşkilatının üzvüdür. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 17,984 mln. manat, depozit portfeli 3,197 mln. manat, məcmu kapitalı 10,550 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,020 mln. manat təşkil edib.

Bankın 2 filialı, 2 bankomatı və 25 işçisi var. Bank şəriət prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə faizlə kreditlər vermir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR