Bank Of Baku

“BE&G” sığorta şirkəti yeni baş ofisə köçüb

“BE&G” sığorta şirkəti yeni baş ofisə köçüb
# 25 avqust 2010 10:05 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın “BE&G” (Benefit&Guaranty) sığorta şirkəti yeni baş ofisə köçüb. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Əfqan Murtuzayev bildirib.

Ə.Murtuzayevin sözlərinə görə, şirkətin yeni baş ofisi Babək prospekti, 38A ünvanında yerləşir. Hazırda ofisdə müvafiq avadanlıqların quraşdırılması işləri aparılır.

Qeyd edək ki, “BE&G” sığorta şirkəti əvvəllər Cəfərov Qardaşları küçəsi, 15/84 ünvanında fəaliyyət göstərib.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan “BE&G” sığorta şirkəti 1998-ci ildən “Naxçıvan” sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,051 mln. manat, sığorta ödənişləri isə 518,169 min manat təşkil edib. Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR