Bank Of Baku

«Qafqaz Leasing» nizamnamə kapitalını artırır

«Qafqaz Leasing» nizamnamə kapitalını artırır
# 25 avqust 2010 13:39 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Qafqaz Leasing» ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 1 000 manat, sayı 92 ədəd, emissiyanın ümumi həcmi isə 92 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Qafqaz Leasing» yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 6,1% artaraq 1,592 mln. manata çatacaq.

Xatırladaq ki, «Qafqaz Leasing» şirkəti 2007-ci ilin oktyabr ayından fəaliyyət göstərir. Hazırda şirkətin nizamnamə kapitalı 1,5 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR