Bank Of Baku

«Qala Sığorta» şirkəti könüllü sığorta növlərinin siyahısını genişləndirir

«Qala Sığorta» şirkəti könüllü sığorta növlərinin siyahısını genişləndirir
# 25 avqust 2010 13:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Qala Sığorta» şirkəti «Səfər sığortası» və «Maliyyə risklərinin sığortası» növləri üzrə xidmətlərin göstərilməsinə icazənin alınması məqsədilə yaxın vaxtlarda Maliyyə Nazirliyinə müraciət edəcək.

Şirkətin İdarə Heyətinin sədri Abbas Babayevin «APA-Economics»ə verdiyi məlumata görə, mövcud sığorta növləri sırasına «Səfər sığortası» və «Maliyyə risklərinin sığortası» növləri daxil ediləcək və bununla da şirkətin müştərilərə təqdim etdiyi könüllü sığorta növlərinin sayı 8-ə çatdırılacaq.

Qeyd edək ki, hazırda şirkət 6 könüllü və 5 icbari sığorta növləri üzrə xidmət göstərir.

Xatırladaq ki, «Qala Sığorta» şirkətinə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya 2008-ci ilin iyul ayının 31-də verilib. Şirkətin təsisçiləri rolunda «AzRe» təkrarsığorta şirkəti (60%) və 1 fiziki şəxs (40%) çıxış edir. Ötən il ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 0,09 mln. manat, ödənişləri isə 0,003 mln. manat təşkil edib. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalı 1 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR