Bank Of Baku

«A-Group» sığorta şirkəti bu il 5,1 mln. manatlıq sığorta haqqı toplayıb

«A-Group» sığorta şirkəti bu il 5,1 mln. manatlıq sığorta haqqı toplayıb
# 25 avqust 2010 14:18 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «A-Group» sığorta şirkətinin 2010-cu ilin yanvar-iyul aylarında topladığı sığorta haqlarının həcmi 5,139 mln. manat təşkil edib. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyəti sədrinin maliyyə məsələləri üzrə müavini Rəşid Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, təcili məlumatlar əsasında yığılmış məlumatlara əsasən, bu ilin ilk yeddi ayında şirkətin sığorta riskləri üzrə ödənişləri 3,177 mln. manat olub. Bu müddət ərzində sığorta daxilolmaları üzrə ən çox sığorta haqqı «Tibbi sığorta» növü üzrə (4,841 mln. manat) toplanılıb ki, bu növün məcmu sığorta haqlarındakı payı 94% təşkil edib. Sığorta haqlarında olduğu kimi ödənişlərdə də ən çox vəsait «Tibbi sığorta» növünün payına düşüb. Belə ki, bu ilin yanvar-iyul aylarında bu növ üzrə ödəmələrin həcmi 3,060 mln. manat olub ki, bu da cəmi ödənişlərin 96%-i deməkdir.

Xatırladaq ki, təsisçisi bir yerli fiziki şəxs olan «A-Group» sığorta şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin avqust ayının 1-nə şirkətin nizamnamə kapitalı 1,550 mln. manat təşkil edir. Hazırda «A-Group» sığorta şirkəti 14 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR