Bank Of Baku

Azərbaycan qızılın hasilatını artırıb

Azərbaycan qızılın hasilatını artırıb
# 26 avqust 2010 07:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayı ərzində Azərbaycanda hasil olunan qızılın həcmi iyun ayı ilə məqüayisədə 14,7% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, təkcə iyul ayında Azərbaycanda 140 kq qızıl çıxarılıb, halbuki iyunda bu rəqəm 122 kq təşkil edib. Nəticədə, ötən ay ölkədə qızıl hasilatı iyun ayı ilə müqayisədə 14,7% və ya 18 kq artıb. İyulda hasil olunan qızılın həcmi cari ilin yanvar ayı ilə müqayisədə 43% çox olub.

Cari ilin yanvar-iyul aylarında isə Azərbaycanda hasil olunan qızılın ümumi həcmi 937 kq təşkil edib.

Qeyd edək ki, Azərbaycanda qızıl hasilatına Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti tərəfindən 2009-cu ilin may ayında başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR