Bank Of Baku

«Atəşgah» sığorta şirkətinin yığımları 6,5 mln. manata çatıb

«Atəşgah» sığorta şirkətinin yığımları 6,5 mln. manata çatıb
# 26 avqust 2010 09:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atəşgah» sığorta şirkətinin 2010-cu ilin yanvar-iyun aylarında topladığı sığorta haqlarının həcmi 6,475 mln. manata çatıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Emil Quliyevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişlərinin həcmi 2,493 mln. manat təşkil edib.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitələrinin sığortası» (3,107 mln. manat), «Tibbi sığorta» (1,151 mln. manat) və su nəqliyyatı vasitələrinin «Kasko sığortası» (426 min manat) növləri üzrə toplanılıb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 48%, 18% və 6,6% təşkil edib.

Ödənişlərdə isə ən çox vəsait «Avtonəqliyyat vasitələrinin sığortası» (1,251 mln. manat və ya 50,2%) və «Tibbi sığorta» (1,175 mln. manat və ya 47%) növləri üzrə ödənilib.

Xatırladaq ki, «Atəşgah» şirkəti 1996-cı ilin dekabrından fəaliyyət göstərir. Şirkətin səhmdarları rolunda «ISR Holding» (49%), ARDNŞ (30%) və «Ran Exim» şirkəti (21%) çıxış edir. Hazırda şirkətin nizamnamə kapitalı 2,7 mln. manat təşkil edir. Şirkətin ölkə üzrə 8 ofisi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR