Bank Of Baku

USAID Bakıda «Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə» mövzusunda təqdimat keçirəcək

USAID Bakıda «Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə» mövzusunda təqdimat keçirəcək
# 26 avqust 2010 11:34 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin avqustun 31-də Azərbaycan Maliyyə Nazirliyi və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) birgə təşkilatçılığı ilə Bakıda «Dövlət büdcəsi gəlirlərinin proqnozlaşdırılmasında modelləşmə» mövzusunda təqdimat və seminar keçiriləcək.

USAID-dən «APA-Economics»ə verilən məlumata görə, təqdimat zamanı Azərbaycan üçün ekonometrik modellər və proqnozların hesablanması, gəlirlərin proqnozlaşdırılması modelinin əhəmiyyəti, həmçinin beynəlxalq səviyyədə tətbiq olunan «Makroiqtisadi təcrübə» və «Vergi gəlirlərinin proqnozlaşdırılması» mövzuları ətrafında müzakirələr olacaq.

Tədbirdə beynalxalq ekspert Səlcuq Caner «Vergi sisteminin rasionallaşdırılmasında son meyllər», «Müqayisəli vergi siyasəti və iqtisadi inkişafda vergitutmanın rolu», «Azərbaycanda gəlirlərin proqnozlaşdırılması ilə əlaqədar məsələlər», «Azərbaycanın vergi gəlirlərinin təhlili» mövzularında təqdimatlarla çıxış edəcək.

Qeyd edək ki, seminarda Azərbaycan Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Milli Məclis, Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi, Mərkəzi Bank, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Dövlət Statistika Komitəsinin müvafiq əməkdaşları iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR