Bank Of Baku

Almaniyada banklardan anti-böhran vergisi tutulacaq

Almaniyada banklardan anti-böhran vergisi tutulacaq
# 26 avqust 2010 12:22 (UTC +04:00)
Bakı - APA-Economics. Almaniya hökuməti yerli bankların fəaliyyətini tənzimləyən yeni qanun layihəsini bəyənib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, qanun layihəsinin əsas məqsədi qlobal iqtisadi böhran zamanı dövlətin üzləşdiyi çətinliklərin təkrarlanmasının qarşısını almaqdır. 2008-2009-cu illərdə Almaniya dövləti maliyyə institutlarını xilas etmək üçün milyardlarla avro vəsait xərcləməli olub.

“Kredit institutlarının yenidən təşkili haqqında” qanun layihəsi adlandırılan sənəd bank vergisinin tətbiqini nəzərdə tutur. Yeni vergini bütün alman bankları ödəməlidir. Ödənişlər xüsusi anti-böhran fondunda toplanacaq, zərurət yarandıqda isə çətinliklə üzləşmiş banklara oradan yardım ediləcək.

Verginin miqdarı bankın böyüklüyündən, həyata keçirdiyi maliyyə əməliyyatlarının nə dərəcədə riskli olmasından asılı olacaq. Bəzi hesablamalara görə, anti-böhran fonduna illik köçürmələrin həcmi 1,2-1,3 mlrd. dollar olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR