Bank Of Baku

Oktyabrda Bakıda beynəlxalq bank konfransı keçiriləcək

Oktyabrda Bakıda beynəlxalq bank konfransı keçiriləcək
# 26 avqust 2010 12:42 (UTC +04:00)
Konfransın Təşkilat Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, konfransda MDB məkanında struktur modernləşməsinin maliyyələşdirilməsində beynəlxalq və regional fondların rolu, birgə və transsərhəd layihələrin reallaşmasının əlaqələndirilməsi və digər məsələlər müzakirə olunacaq.

Konfransda Xəzəryanı regionda struktur modernləşməsinin vacib komponenti olan Azərbaycanın maliyyə-iqtisadi inkişafı prosesinə xüsusi diqqət yetiriləcək.

Toplantıda Azərbaycan baş nazirin birinci müavini Yaqub Eyyubov, MDB İcraçı Komitəsinin sədri S.Lebedyev, Rusiyanın maliyyə naziri A.Kudrin, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri E.Rüstəmov, «Qazaxıstanın Xalq Bankı» İdarə Heyətinin sədri Q.Marçenko, Rusiya Bankı İdarə Heyətinin sədrinin birinci müavini Q.Luntovski, «VTB Bank»ın İdarə Heyətinin sədri A.Kostin, Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədri C.Hacıyev, Rusiya nəqliyyat nazirinin müavini S.Aristov, Avropa İnvestisiya Bankının departament direktoru F.Şimçak, Ukraynanın iqtisadiyyat nazirinin müavini V.Muntiyan, «Vneşekonombank»ın sədri V.Dmitriyev, Rusiya Sahibkarlar və İstehsalçılar İttifaqının vitse-prezidenti A.Murıçev, Avrasiya İnkişaf Bankı İdarə Heyətinin sədri İ.Finoqenov, Rusiya İqtisadi İnkişaf Nazirliyinin departament direktoru S.Çernışov, MDB İqtisadi Məhkəməsinin sədri F.Abdulloyev, «Belarusbank»ın İdarə Heyəti sədrinin birinci müavini S.Pisarik, Tacikistanın «Aqroinvestbank»ın İdarə Heyətinin sədri N.Saidmurodov, Qazaxıstanın «Qazpoçta» SC-nin İdarə Heyətinin sədri D.Moldaqaliyevin iştirakı gözlənilir.

Bundan başqa, Azərbaycan və MDB-nin hökumət strukturlarının rəhbərləri, bank və sahibkarlıq nümayəndələri də forumda iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR