Bank Of Baku

Bu il «Azərbaycan Kredit Bankı»nın əsas maliyyə göstəriciləri üzrə artım gözlənilir

Bu il «Azərbaycan Kredit Bankı»nın əsas maliyyə göstəriciləri üzrə artım gözlənilir
# 26 avqust 2010 14:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Kredit Bankı» ASC-nin kredit portfelinin 2010-cu ilin sonuna kimi 10% artaraq 30 mln. manata çatdırılması proqnozlaşdırılır. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədr müavini Rəcəb Hüseynov bildirib.

R.Hüseynovun sözlərinə görə, strateji plana uyğun olaraq növbəti ilin əvvəlinə bankın biznes sahəsinə ayırdığı kreditlərin 11% artaraq 21 mln. manata, istehlak kreditlərinin isə 20% artaraq 6 mln. manata çatdırılması nəzərdə tutulub.

Həmçinin, cari ilin sonunadək depozit portfelinin 27% genişləndirərək 8 mln. manata, məcmu kapitalın isə 26% artıraraq 10 mln. manata çatdırılması proqnozlaşdırılır.

R.Hüseynov əlavə edib ki, 2010-cu ilin yekunları əsasında bankın zərərinin 2,5 dəfə azalaraq 2 mln. manata düşəcəyi gözlənilir.

Xatırladaq ki, təsisçisi 11 fiziki şəxs olan «Azərbaycan Kredit Bankı» 2005-ci ildən fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR