Bank Of Baku

Azərbaycanda bank aktivləri yenidən azalıb

Azərbaycanda bank aktivləri yenidən azalıb
# 27 avqust 2010 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bankların məcmu aktivləri 2010-cu ilin avqust ayının 1-nə 11 819,3 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 532,9 mln. manat və ya 14,9% artıb. Cari ilin əvvəlindən bank aktivlərin həcmi cəmi 154,1 mln. manat və ya 1,3% artıb, iyul ayında isə 361,6 mln. manat və ya 3% azalıb:




Göründüyü kimi, aktivlərin artım tempi cari ildə kəskin şəkildə azalıb. Hətta il ərzində ilk dəfədir ki, aktivlərin həcmində bu dərəcədə azalma müşahidə olunub. Xatırladaq ki, cari ilin yanvarında 77,8 mln. manat, fevralda isə 19,3 mln. manat həcmində azalma baş verib.

Aktivlərin strukturuna gəldikdə, müştərilərə verilən kreditlərin həcmi avqustun 1-nə 8 156,28 mln. manat (xüsusi çəkisi 69,01%), müxbir hesablar 727,67 mln. manat (6,16%), investisiyaların həcmi 895,20 mln. manat (7,57%), nağd vəsaitlər 463,10 mln. manat (3,92%), maliyyə sektoruna verilmiş kredit və depozitlərin həcmi 500,34 mln. manat (4,23%), digər aktivlər isə 1 076,70 mln. manat (9,11%) təşkil edib. İyulun 1-nə olan vəziyyəti ilə müqayisəli təhlil göstərir ki, aktivlərin azalması əsasən müştərilərə verilən kreditlərin və müxbir hesablarda olan vəsaitlərin azalması hesabına baş verib. Belə ki, ay ərzində kreditlərin həcmi 192,1 mln. manat, müxbir hesablarda vəsaitlərin həcmi isə 220,4 mln. manat azalıb.

Kommersiya banklarının passivlərinin 82,45%-i bankların öhdəliklərin payına düşür. Beləliklə, bankların öhdəliklərin həcmi 9 745,36 mln. manat təşkil edib. Öhdəliklərin tərkibində 4 318,81 mln. manat depozitlər, 4 841,47 mln. manat maliyyə sektorundan alınmış kredit və depozitlər, 585,08 mln. manat digər öhdəliklərin payına düşür.

Bankların məcmu kapitalı 2010-cu ilin avqustun 1-nə 2 073,92 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR