Bank Of Baku

«Parabank» plastik kartlarla bağlı yeni layihəyə start verib

«Parabank» plastik kartlarla bağlı yeni layihəyə start verib
# 27 avqust 2010 10:07 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Parabank» ASC müştərilərə «Əmək haqqı kartları» adlı yeni layihənin icrasına başlayıb.

Bankın baş ofisindən «APA-Economics» verilən məlumata görə, bu layihə çərçivəsində Bank müştərilərə əmək haqqının alınması üçün «Visa Elektron» plastik kartını təqdim edir. İşçiyə çatacaq əmək haqqı, mükafatlar, məzuniyyət, ezamiyyə ödənişləri və digər bu kimi ödəmələr müəssisə tərəfindən bu karta köçürülür.

«Əmək haqqı layihəsində iştirak etməklə müəssisə nağd pul ilə bağlı bir çox problemlərdən azad olur. Layihənin müəssisə üçün üstünlükləri ondan ibarətdir ki, müəssisənin işçiləri iş vaxtından daha səmərəli istifadə edirlər. Belə ki, əməkdaşlar əmək haqqını işdən sonra, iş vaxtını sərf etmədən istənilən yerdə ala bilər, digərləri isə nağd pul saymaq və verməkdən azad olurlar», - deyə Bankdan bildirilib.

Xatırladaq ki, təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 126 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR