Bank Of Baku

Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 1,7 mlrd. manata çatıb

Azərbaycanda sığortalanmış bank əmanətlərinin həcmi 1,7 mlrd. manata çatıb
# 27 avqust 2010 11:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 2010-cu ilin II rübü üzrə iştirakçı banklardan topladığı təqvim haqlarının həcmini açıqlayıb.

ƏSF-dan «APA-Economics»ə verilən məlumata görə, 43 bank üzrə toplanan təqvim haqlarının həcmi 866 min manat, 1 299 min ABŞ dolları, 175 min avro təşkil edir. Fiziki şəxslərin üzv banklardakı cəmi əmanətləri 2,484 mlrd. manat, o cümlədən qorunmayan əmanətləri 818,577 mln. manat, qorunan əmanətləri isə 1,665 mlrd. manat təşkil edib. Fond tərəfindən vəsaitləri qorunan əmanətçilərin sayı 5 277 283 nəfərdir.

Fondun sığorta ehtiyatları 27,310 mln. manata yaxındır.

Qeyd edək ki, 2010-cu ilin iyun ayının 1-dən üzv banklarda illik 12%-dən yuxarı faiz dərəcəsi ilə yerləşdirilmiş əmanətlər Fond tərəfindən sığorta olunmur və onlara görə kompensasiya ödənilmir. Xatırladaq ki, hazırda kompensasiya məbləğinin maksimum həddi 30 min manatdır.

ƏSF 2007-ci ilin avqust ayında fəaliyyətə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR