Bank Of Baku

«EraTrans» sığorta şirkəti «Tibbi sığorta» üzrə xidmətlərə başlayır

«EraTrans» sığorta şirkəti «Tibbi sığorta» üzrə xidmətlərə başlayır
# 27 avqust 2010 12:49 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «EraTrans» sığorta şirkəti 2010-cu ilin sentyabr ayından başlayaraq «Tibbi sığorta» növü üzrə xidmət göstərməyə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin Maliyyə Departamentinin direktoru Qüdrət Abdullayev bildirib.

Q.Abdullayevin sözlərinə görə, bu sığorta növü üçün icazə almaq məqsədilə artıq Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinə müraciət olunub: «Bu ilin avqust ayının sonuna kimi Maliyyə Nazirliyi tərəfindən icazənin verilməsi, sentyabrdan isə bu növ üzrə xidmətlərə başlanması nəzərdə tutulub».

Q.Abdullayev bildirib ki, şirkət artıq bir neçə tibb müəssisələri, o cümlədən «Türk-American Medical Center», «Tusi», «MedServise» və Mərkəzi Klinik Xəstəxanası ilə əməkdaşlıq müqavilələri bağlayıb. «Tibbi sığorta» növü üzrə sığorta məbləği bir nəfər üçün 300-700 manat arasında dəyişcək. Ən bahalı paketlərə (700 manat) ambulator xidmətələrə görə də xərclər daxildir.

Qeyd edək ki, hazırda şirkət müştərilərə 20 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir. «EraTrans» sığorta şirkəti 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin 1 filialı (Sumqayıt) və 4 nümayəndəliyi (Şirvan, Göyçay, Yevlax, Ağdaş) mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR