Bank Of Baku

«Rabitəbank»ın aktivləri son bir ildə 34% artıb

«Rabitəbank»ın aktivləri son bir ildə 34% artıb
# 27 avqust 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Econmics. Azərbaycanın «Rabitəbank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 111,598 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin iyulun 1-nə olan analoji göstəricidən 34% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 35% artaraq 60,316 mln. manat, o cümlədən əhalinin əmanətləri 39% artaraq 48,481 mln. manat olub. Eyni zamanda, bankın kredit portfeli 32% artaraq 81,544 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 10% artaraq 22,397 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 8,2% artaraq 13,152 mln. manat, o cümlədən nizamnamə kapitalı 19% artaraq 10,103 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın ümumi gəlirləri 3,8% azalaraq 7,115 mln. manat, xərcləri isə 5,8% azalaraq 7,105 mln. manat olub. Nəticədə, bankın mənfəəti 38% artaraq 10 min manat təşkil edib.

Bundan başqa, bu müddət ərzində bankın müştərilərinin sayı 43% artaraq 34 424, o cümlədən fiziki şəxslərin sayı 50% artaraq 33 540, hüquqi şəxslərin sayı isə 50% azalaraq 1 752 olub. Bankın işçilərinin sayı 6,5% artaraq 329 nəfər, orta aylıq əmək haqqı isə 5% azalaraq 655 manat təşkil edib. Həmçinin, bankın aktiv plastik kartlarının sayı 39% artaraq 6 730-a, o cümlədən debet kartları 48% artaraq 4 572-yə, kredit kartlarının sayı isə 22% artaraq 2 158-ə çatıb.

Xatırladaq ki, «Rabitəbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 20 filialı, 26 bankomatı və 121 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR