Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankların kredit portfelində əsas hissə ev təsərrüfatlarına verilən kreditlərin (istehlak kreditləri) payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi avqustun 1-nə 29,6%-ə bərabər olub. Eyni zamanda qeyd olunmalıdır ki, bu göstərici il ərzində 1,8 faiz bəndi azalıb. Ümumilikdə isə, istehlak kreditlərinin həcmi son bir ildə 12,7% artaraq 2 560,6 mln. manata çatıb.
Bankların ümumi kredit portfelində həcminə görə ikinci yeri ticarət və xidmət sahələri tutub: