Bank Of Baku

İran Avropa banklarındakı aktivlərini geri çəkib

İran Avropa banklarındakı aktivlərini geri çəkib
# 27 avqust 2010 14:42 (UTC +04:00)
Bakı - APA-Economics. İran BMT Təhlükəsizlik Şurasının dəstəklədiyi beynəlxalq sanksiyalarla əlaqədar Avropa banklarındakı aktivlərini geri çəkib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, bu barədə İran Mərkəzi Bankının sədri Mahmud Bəhmani açıqlama verib.

Onun sözlərinə görə, İran Mərkəzi Bankı altı ay əvvəldən hadisələrin bu cür inkişafına hazır olub. Bununla belə, Mahmud Bəhmani İranın aktivlərinin hara yönləndirildiyini açıqlamayıb.

Bəzi analitiklərin fikrincə, İranın aktivləri İsveçrə, Asiya və Yaxın Şərqin banklarında yerləşdirilə bilər. İranın aktivlərinin həcminə dair konkret məlumatlar olmasa da, bir çox iqtisadçılar əmindirlər ki, onların yerinin dəyişdirilməsi maliyyə bazarlarına əhəmiyyətli təsir edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR