Bank Of Baku

«Eurobank»ın aktivləri son bir ildə 39% artıb

«Eurobank»ın aktivləri son bir ildə 39% artıb
# 30 avqust 2010 07:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Eurobank» ASC-nin aktivlərinin həcmi 2010-cu ilin iyul ayının 1-nə 29,677 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan göstəricidən 39% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 54% artaraq 17,760 mln. manata, o cümlədən istehlak kreditlərinin həcmi 19% artaraq 6,035 mln. manata çatıb. Bankın depozit portfelinin həcmi 3,7 dəfə artaraq 682 min manat, o cümlədən əhalidən cəlb edilən əmanətlərin həcmi 5 dəfə artaraq 244 min manat təşkil edib. Bu müddət ərzində bankın məcmu kapitalı 16% azalaraq 5 285 mln. manat, o cümlədən nizamnamə kapitalı sabit qalaraq 8,591 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir il ərzində bankın gəlirləri 52% artaraq 963 min manat, xərcləri isə 12% azalaraq 589 min manat olub. Nəticədə, bankın bu ilin yanvar-iyun aylarında əldə etdiyi mənfəətin həcmi 374 min manat olub. Ötən ilin birinci yarısını isə bank 38 min manat zərərlə başa vurub.

Bu müddət ərzində bankın müştərilərinin sayı 21% artaraq 1 454, o cümlədən fiziki şəxslərin sayı 38% artaraq 503, hüquqi şəxslərin sayı isə 14% artaraq 951 olub.

Eyni zamanda, hesabat dövründə bankın işçilərinin sayı 7,4% artaraq 29 nəfərə, orta aylıq əmək haqqı isə 7% artaraq 300 manata çatıb.

Qeyd edək ki, «Eurobank» ASC 1992-ci ildə «Azinvestbank» Kommersiya Bankı kimi yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR