Bank Of Baku

Azərbaycan Kredit İttifaqları Assosiasiyası üzrə məcmu kredit portfeli 20,5 mln. manata çatıb

Azərbaycan Kredit İttifaqları Assosiasiyası üzrə məcmu kredit portfeli 20,5 mln. manata çatıb
# 30 avqust 2010 09:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Kredit İttifaqları Assosiasiyasına (AKİA) üzv olan kredit ittifaqlarının məcmu kredit portfeli 2010-cu ilin iyul ayının 1-nə 20,501 mln. manata çatıb.

AKİA-dan «APA-Economics»ə verilən məlumata görə, kreditlərin verilməsi üçün vəsaitlər Dünya Bankı («Azərbaycan kənd təsərrüfatının inkişafı və kreditləşməsi Layihəsi» çərçivəsində AKİA-nın təsis etdiyi İcraçı Kredit Agentliyi (İKA) vasitəsilə), Məcburi Köçkünlərin Sosial İnkişafı Fondu, Sahibkarlığa Kömək Milli Fondu və «Aqrarkredit» qeyri-bank kredit təşkilatı və digər qurumlardan cəlb olunub.

AKİA-dan bildirilib ki, hesabat dövrünün sonuna quruma üzv olan kredit ittifaqlarının aktiv üzvlərinin sayı 14 929 nəfərə çatıb. Onlardan 13 347 nəfəri fiziki, 232 nəfəri isə hüquqi şəxslərdir (10 352-i kişi, 4 345-i qadın). Qeyd edək ki, AKİA-ya 64 kredit ittifaqı üzvdür.

Həmçinin, iyul ayının 1-nə AKİA-ya üzv olan kredit ittifaqlarının ümumi nizamnamə kapitalı 6,254 mln. manat, ehtiyat kapitalı isə 1,760 mln. manat təşkil edib.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının 35-i kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR