Bank Of Baku

Çexiyada məmurların 8%-i ixtisar olunacaq

Çexiyada məmurların 8%-i ixtisar olunacaq
# 30 avqust 2010 09:12 (UTC +04:00)
Bakı - APA-Economics. Çexiya hökuməti büdcə kəsirinin azaldılması proqramı çərçivəsində dövlət məmurlarının 5-8%-ni ixtisar etmək niyyətindədir.

APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu barədə Çexiya Respublikasının baş naziri Petr Neças açıqlama verib.

Ötən ay Çexiya hökuməti ölkənin bütün 14 nazirliyinin 630 mln. dollar (2,5%) həcmində olan büdcəsini dondurub. P.Neçasın sözlərinə görə, bu addım büdcə kəsirinin ÜDM-ə nisbətini bu il 5,3%-ə salmağa imkan verəcək. Əks halda, kəsir 5,8%-i üstələyəcək.

Qeyd edək ki, Çexiya hökuməti 2011-ci ildə büdcə kəsirini 4,8%-ə, 2013-cü ildə 3%-ə salmaq, 2016-cı ildə isə ondan tamamilə qurtulmaq niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR