Bank Of Baku

«CredAgro» təşkilatı son bir ildə müştəri bazasını 22% genişləndirib

«CredAgro» təşkilatı son bir ildə müştəri bazasını 22% genişləndirib
# 30 avqust 2010 10:02 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatının kredit portfelinin həcmi 2010-cu ilin avqust ayının 1-nə 30,335 mln. manat təşkil edib ki, bu da 2009-cu ilin avqust ayının 1-nə olan analoji göstərici ilə müqayisədə 25,5% azdır.

«CredAgro»nun baş ofisindən «APA-Econonmics»ə verilən məlumata görə, hesabat dövründə biznes sektoruna ayrılan kreditlərin həcmi 28% azalaraq 21,132 mln. manat, kənd təsərrüfatı sahəsinə verilən kreditlər isə 28,4% azalaraq 1,990 mln. manat olub.

Həmçinin, bu müddət ərzində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 11% azalaraq 11,543 mln. manat, nizamnamə kapitalı isə sabit qalaraq 4 523 mln. manat olub.

Qeyd edək ki, son bir il ərzində təşkilatın müştərilərinin sayı 22% artaraq 21 242 nəfərə, kredit müqavilələrinin sayı isə 21% artaraq 21 285-ə çatıb.

Kredit portfelinin 45%-i ticarətin, 30%-i istehlakçıların, 6%-i kənd təsərrüfatı, 2%-i lizinq , 1%-i istehsalatın, 16%-i digər sektorların payına düşüb.

Son bir il ərzində verilən kreditlərdə istehsalat sahəsinin payı 5 faiz bəndi, lizinq 66,7 faiz bəndi, istehlakçıların payı 7,1 faiz bəndi, kənd təsərrüfatı 14,2 faiz bəndi azalıb, ticarət sektorunun payı isə dəyişməz qalıb (45%).

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDI/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. Təşkilatın respublika üzrə 14 filialı və 8 köməkçi ofisi var. «CredAgro» təşkilatı kreditləri illik 25-36% dərəcəsi ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR