Bank Of Baku

EUROSAI iqlim dəyişikliyinin auditi ilə bağlı birgə yekun hesabatını açıqlayıb

EUROSAI iqlim dəyişikliyinin auditi ilə bağlı birgə yekun hesabatını açıqlayıb
# 30 avqust 2010 10:06 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Avropa Ali Maliyyə Nəzarəti Orqanları Təşkilatı (EUROSAI) Avropada 10 ölkənin ali audit qurumlarının iştirakı ilə keçirilən və onların bəzilərində irəliləyişlərin olduğunu göstərən iqlim dəyişikliyinin auditi ilə bağlı birgə yekun hesabatını açıqlayıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Hesablama Palatasından məlumat verilib.

Audit 2010-cu ilin yanvar ayında Varşavada (Polşa) EUROSAI-nin Ətraf Mühitin Auditi üzrə İşçi Qrupuna üzv olan 10 ölkənin ali audit qurumları tərəfindən imzalanmış EUROSAI-nin İqlim Dəyişikliyi üzrə Koordinasiyalı Paralel Auditi üzrə Ümumi Mövqe sənədi əsasında həyata keçirilib.

İqlim dəyişikliyinin auditində Azərbaycan Hesablama Palatası, Kipr Audit Ofisi, Danimarka Krallığı Milli Audit Ofisi, Estoniya Milli Audit Ofisi, İsrail Dövlət Təftişçi və Ombudsman Ofisi, Makedoniya Dövlət Audit Ofisi, Polşa Ali Audit Ofisi, Rusiya Hesablama Palatası, İsveçrə Federal Audit Ofisi və Ukrayna Hesablama Palatası iştirak edib.

Birgə yekun hesabatda Azərbaycanın BMT-nin İqlim Dəyişikliyinə dair Çərçivə Konvensiyasının həyata keçirilməsində təcrübəsi, habelə ətraf mühitin mühafizəsi üçün görülən qanunvericilik və digər tədbirlər qeyd edilib. Hesabatda qeyd olunub ki, Azərbaycan digər ölkələrdən fərqli olaraq ətraf mühit və iqlim dəyişiklikləri məsələsinə ciddi diqqət yetirilir. İndiyədək Azərbaycan ətraf mühitin qorunmasına dair 15 beynəlxalq konvensiya ratifikasiya edib, mövcud problemləri aradan qaldırmaq məqsədilə bir sıra müvafiq sənədlər qəbul olunub. Bundan əlavə, ətraf mühitin qorunması və iqlim dəyişikliyini prioritet məsələ kimi müəyyən edən dövlət proqramları və tədbirlər planları da qəbul edilib. Ətraf mühitin çirklənməsinin milli səviyyədə müntəzəm monitorinqi aparılır və bu barədə hesabatlar verilir. Respublika Təmiz İnkişaf Mexanizmində (CDM) də iştirak edir. Azərbaycan bu sahədə sınaq layihələri həyata keçirmək üçün Kanada, Danimarka, Fransa və Yaponiya ilə danışıqlar aparır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR